Sizin reklam burada
Sizin reklam burada

Azərbaycandan yola düşən sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdirildi

Azərbaycandan yola düşən sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdirildi



Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarında dəyişiklik edilməsi ilə bağlı imzaladığı qərarında qeyd edilib.

Bundan əvvəl Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar.

Eyni zamanda, Azərbaycan Respublikasından yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu tələb ləğv edilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ