Sizin reklam burada
Sizin reklam burada

Nazir müavini: “Şəhid ailəsi üzvləri və qazilər barədə məlumatlar yerli məşğulluq filiallarına ötürüləcək”

Nazir müavini: “Şəhid ailəsi üzvləri və qazilər barədə məlumatlar yerli məşğulluq filiallarına ötürüləcək”




“Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu işə götüruənlərə münasibətdə icbari tədbir kimi tətbiq olunmamalıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

O bildirib ki, şəhid ailəsi üzvləri və qazilər barədə məlumatlar yerli məşğulluq filiallarına ötürüləcək:

“Daha sonra şəhid ailəsi üzvləri və qazilər barədə məlumatlar işəgötürənlərlə müzakirə olunacaq və işəgötürənlərin tələblərinə cavab verən həmin şəxslər işlə təmin olunacaq. Burada sosial məsuliyyətin bölünməsi əsas məqsəddir. Bu gündən başlayaraq nazirliyin özündə və yeri qurumlarında da bu prosesə başlanıb”.

Nazir müavini əlavə edib ki, nazirliyin 80-dən çox əməkdaşı Vətən müharibəsində iştirak edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ