Göygöl rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri 1957-ci il təvəllüdlü Hidayət İsaq oğlu İbrahimov və onun 1977-ci il təvəllüdlü bacısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.