Sizin reklam burada
Sizin reklam burada

Bu gündən idman zallarının fəaliyyəti bərpa edilir

Bu gündən idman zallarının fəaliyyəti bərpa edilir




Bu gündən etibarən idman zalları açılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Qeyd edək ki, 14 mart 2020-ci il tarixindən idman zallarının fəaliyyəti dayandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ