“Türkiyənin hazırladığı pilotsuz uçuş aparatı texnologiyalarından hər yerdə bəhs olunur”.
Türkiyə mətbuatının məlumatına görə, bu sözləri Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.
“Məndən tez-tez F-35 proqramı barədə nə düşündüyümü soruşurlar. F-35 həqiqətən keyfiyyətli bir təyyarədir. Amma biz bunun ekvivalentini TUSAŞ-la birlikdə “Milli Muharip Uçak” layihəsi çərçivəsində hazırlayırıq. Türkiyə hazırda döyüş PUA-ları texnologiyasına investisiya qoyan azsaylı ölkələrdəndir. İnşallah, biz döyüş PUA-larımızı bazara çıxaranda, əmin olun ki, dünya F-35-lərdən deyil onlardan danışacaq”, - deyə M.Varank bildirib.