Sizin reklam burada
Sizin reklam burada

Bakı Şəhər Halqası sürücülərə müraciət etdi

Bakı Şəhər Halqası sürücülərə müraciət etdi


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

Bu barədə BŞH məlumat yayıb.

Əməliyyat Şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün 9 iyun saat 23:00-dan 10 iyun saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

Sürücülərdən sözügedən saatlarda alternativ yollardan istifadə etmələri və söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamamaları xahiş edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ