Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat etdi


Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsinin Fizika və Elektronika departamentinin müdiri vəfat edib.

Bu barədə universitetin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Departament müdiri Nuru Səfərov 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nuru Səfərov 18 oktyabr 1966-cı il Azərbaycan Respublikası Neftçala rayonu Xəzər kəndində anadan olub.

1983-cü ildə Ukrayna Respublikasındakı Dnepropetrovsk Dövlət Universitetinin radiofizika fakültəsinə qəbul olub, 1988-ci il oranı radiofizika və elektronika ixtisası üzrə bitirib. 1997-ci ildə “Optik örtüklü silisium günəş elementlərində fotovolt və radiasiya effektləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb, 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru adına layiq görülüb. 70-ə yaxın elmi məqaləsi vardır, o cümlədən 5 ixtira müəllifidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ