Şirvan Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Bu barədə Şirvan şəhər icra başçısı İlqar Abbasov əmr imzalayıb.
Əmrə əsasən, Aynur Fərzəliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, daha öncə bu vəzifəni Elmira Ağayeva yerinə yetirib.
O, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.