Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 283 nəfər olub.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, mayın 9-da ölkə üzrə verilmiş 197 468 COVID-19 testindən 15 191-nin cavabı müsbət çıxıb.
Son 24 saat ərzində Türkiyədə 25 694 nəfər virusdan sağalıb.
Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 3081 ağır koronavirus xəstəsi var.