Sizin reklam burada
Sizin reklam burada

Bərdədə iki kişini elektrik cərəyanı vurdu: Biri öldü

Bərdədə iki kişini elektrik cərəyanı vurdu: Biri öldü


Mayın 7-də saat 16 radələrində Bərdə rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurub, nəticədə Sahib Əhmədov hadisə yerində ölüb, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ