Sizin reklam burada
Sizin reklam burada

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlandı - FOTO

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlandı - FOTO


Lənkəranda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış VAZ-2107 markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş