Sizin reklam burada
Sizin reklam burada

Sahil Babayev: “Ölkə üzrə 16 regional “DOST” Mərkəzi olacaq”

Sahil Babayev: “Ölkə üzrə 16 regional “DOST” Mərkəzi olacaq”



“Növbəti “DOST” Mərkəzinin Abşeron rayonunda açılması planlaşdırılır”.

bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, Bərdə, Quba, Gəncə, Sumqayıt və Sabirabadda “DOST” mərkəzlərinin yaradılmasına dair işlərə başlanılıb:

“Bəzilərində layihələrindirmə, bəzilərində tikinti-təmir işləri həyata keçirilir. Ümumilikdə ölkə üzrə 16 regional “DOST” Mərkəzi olacaq. Hər bir rayonda mərkəzlərin qəbul şöbələri olacaq”.

Nazir qeyd edib ki, hazırda “Virtual DOST Mərkəzi” platforması hazırlanır:

“Ümid edirəm ki, cari ildə onu istifadəyə verəcəyik. O zaman ölkənin istənilən regionunda yaşayan insan hər hansı mərkəzə getmədən mobil tətbiq vasitəsilə müraciət edə biləcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ