Sizin reklam burada
Sizin reklam burada

Robert Koçaryan Paşinyanı məhkəməyə verdi

Robert Koçaryan Paşinyanı məhkəməyə verdi


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı yeni məhkəmə iddiası qaldırıb.

Robert Koçaryan məhkəmədən onun ədalətli mühakimə edilmə hüququnun pozulduğunu təsdiqləməsini, dəymiş mənəvi zərəri ödəməsini və ona ünvanlanan açıq ifadələri təkzib etməsini tələb edir.

Xatırladaq ki, daha əvvəl R.Koçaryanın nümayəndəsi Ayk Alumyan qeyd etmişdi ki, məhkəmə iddiasına səbəb baş nazirin 1 mart 2021-ci il mitinqindəki açıqlamalarıdır.

Ermənistanın ikinci prezidentinin vəkili bildirib ki, N.Paşinyan öz çıxışında birbaşa olaraq hüquqlarını qoruduğu şəxsin adını çəkməsə də, hədəfi məhz R.Koçaryan olub:

“Biz təqsirsizlik prezumpsiyasının tanınmasını və böhtanın təkzib edilməsini tələb edirik. Eyni zamanda iki fərqli qayda pozuntusunun edildiyini nəzərə alaraq, hər biri üçün iki milyon dram təzminat tələb edirik. Tələb olunan məbləğ ümumilikdə dörd milyon dramdır (təxminən dörd min dollar)”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ