Sizin reklam burada
Sizin reklam burada

Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb

Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb
Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb
Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb
Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb
Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb
Binəqədi rayonunda narkotik vasitələrin onlayn satışı ilə satışı ilə məşğul olan şəxs saxlanılıb


Sertifikasiya Komissiyasının fəaliyyət istiqamətləri hansılardır?
Qeyd edim ki, Sertifikasiya Komissiyası Nazirlər Kabinetinin 08.06.2010 il tarixində 108 nömrəli qərarına əsasən yaranıb. 5 yanvar 2011 ildə Komissiyanın fəaliyyətinə start verilib.
Fəaliyyət istiqamətləri
• İmtahan materiallarının tərtib edilməsi
• Tibb işçilərinin kvalifikasiyasını təsdiq edən bilik və bacarıqlarının qiymətləndirilməsi
• Qiymətləndirmə materialları müəllifləri üçün təlimlərin keçirilməsi
• Səhiyyə işçiləri üçün sertifikasiya imtahanı mövzusunda təlimlərin təşkili
• Sınaq imtahanlarının keçirilməsi
Sertifikasiyadan kimlər və hansı müddətdə keçməlidir?
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər.
Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər.
Sertifikasiya prosesi necə həyata keçirilir?
Sertifikasiya imtahanının keçirilməsinə 30 (otuz) gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə zəng etməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır. Sertifikasiya imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və imtahan zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir.
Sertifikasiya imtahanına cəlb edilən hər bir şəxsə imtahana buraxılış vərəqəsi verilir. İmtahana buraxılış vərəqəsinə imtahanda iştirak edən şəxsin fotoşəkli yapışdırılır və orada şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir. İmtahana buraxılış vərəqəsinə şəxsin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş şəxs imtahandan kənarlaşdırılır.
Sertifikasiya imtahanına gələn şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.
Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və məxfilik gözlənilməklə, Sertifikasiya komissiyası tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Suallar toplusu hər il 10-20 faiz yeniləşdirilir.
Sertifikasiya Komissiyası imtahan suallarının test hissəsinə dair düzgün cavabların siyahısını tərtib edir və məxfiliyin gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir.
İmtahan sualları xüsusi optik cihazlar vasitəsilə oxunan cavab kartında qeyd olunur. İmtahanda istifadə edilən suallar sertifikasiya komissiyasının müvafiq ixtisas üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır.
İmtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartları zərfinin möhürünü açır, şəxsi eyniləşdirmə kodu ilə şifrələnmiş cavab kartlarını sual kitabçalarına uyğun olaraq ayırır. Cavab kartları imtahan verənlərə paylanılır və onların doldurulması qaydaları izah edilir. Daha sonra sual kitabçaları paylanılır.
Sertifikasiya imtahanı üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir.
İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.
Sertifikasiya imtahanında iştirak emək üçün hansı sənədlər tələb olunur?
Sertifikasiya imtahanında iştirak etmək üçün ilk növbədə ixtisasa müvafiq təkmilləşdirmə kursundan keçmək lazımdır. Kursun müvəffəqiyyətlə başa vurulması haqqında məlumat Sertifikasiya Komissiyasına təqdim edildikdə həmçinin tələb edilən sənədlər:
1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ƏRİZƏ
2. Şəxsiyyət vəsiqəsi və onun surəti (soyadını dəyişdiyi halda nigah haqqında şəhadətnamə və onun surəti əlavə olunur)
3. Ali və ya orta tibb təhsili haqqında sənədlər (diplom və internatura) və onların surəti
4. Əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti
5. Kadrlar uçotunun şəxsi vərəqəsi (özəl tibb müəssisələrində çalışan və işsiz tibb işçilərinə aid edilmir)
6. İxtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti
7. Sağlamlıq haqqında arayış – forma AZS086
8. 3 x 4 sm ölçüdə 2 ədəd fotoşəkil (ərizəyə yapışdırılır)


Sənədlər qaydasında olduğu halda tibb işçisinə imtahana buraxılıış vərəqəsi verilir. Buraxılış vərəqəsində göstərilən tarixdə namizəd təyin edilən ünvanda imtahanda iştirak etməlidir.
Sonda nəzərinizə çatdırımki, 05.01.2011-31.03.2021 tarixləri arasındakı dövrdə 27 min 829 tibb işçisi sertifikat alıb.
Sertifikasiya komissiyası tərəfindən təşkil edilən sınaq imtahanları namizədlərə real imtahan formatı ilə əvvəlcədən tanış olmaq və imtahan proqramı üzrə biliklərinin obyektiv səviyyəsini müəyynləşdirməkdə yardım edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ