Sizin reklam burada
Sizin reklam burada

Cibinə uyğun ev almaq istəyənlərin nəzərinə: Bakıda “su qiymətinə” MƏNZİLLƏR

Cibinə uyğun ev almaq istəyənlərin nəzərinə: Bakıda “su qiymətinə” MƏNZİLLƏR



Bakı şəhərində satışa çıxarılan köhnə və yeni tikili mənzillərin qiymətinə dair ümumiləşdirmə apardıq.

paytaxt üzrə ən ucuz mənzillər Qaradağ, Binəqədi, Nizami, Xətai, Suraxanı, Pirallahı və Sabunçu rayonu ərazisində satışa çıxarılır.

Xəzər və Nəsimi rayonu üzrə qiymətlər orta münasib, Nərimanov, Yasamal və Səbail rayonları üzrə mənzillər isə nisbətən daha yüksək qiymətlərlə istehlakçıya təqdim olunur. Sözsüz ki, qiymətlərə mənzilin köhnə və ya yeni olması, yerləşdiyi səmt, həmçinin sahəsi də təsir edir.

Ən aşağı qiymətlərlə satışa çıxarılan mənzillər Xətai rayonu ərazisində yerləşir. Burada qiymətlər 20-30 min manatdan başlayır. Belə ki, birotaqlı - 25-30 min, ikiotaqlı - 30-40 min, üçotaqlı - 50-60 min, 4-5 otaqlı mənzillər isə 75-80 min manatdan başlayır. Rayon üzrə nisbətən ucuz mənzillər ərazisinə görə “Həzi Aslanov” və “Əhmədli” metrostansiyaları yaxınlığında yerləşir.

Nizami rayonunda birotaqlı mənzillər 25-35 min manatdan, ikiotaqlı - 45-50 min, üçotaqlı 60-75 min, 4-5 otaqlı mənzillər isə 100 min manatdan başlayır. Ucuzluğuna görə “Qara Qarayev”, “Neftçilər” metrostansiyaları və 8-ci kilometr qəsəbəsi əraziləri daha çox rast gəlinir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ