Sizin reklam burada
Sizin reklam burada

Türkiyə Çin və İranı geridə qoydu, bu sahədə lider oldu

Türkiyə Çin və İranı geridə qoydu, bu sahədə lider oldu

ABŞ-da yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzi hərbi PUA-ların qlobal bazarı ilə bağlı araşdırma aparıb.

Araşdırmada Türkiyə, Çin və İranın ucuz hərbi PUA-lar hazırladığına diqqət çəkilib.

Hesabatdakı məlumatlara görə, son 10 ildə qlobal hərbi PUA satışları sürətlə artıb. Çinin bazardakı payı 2014-cü ildə zirvəyə çatdığı halda, Türkiyə 2021-ci ildə Çini geridə qoyub.

2022-ci ildə altı ölkə Türkiyədən "Bayraktar TB2" alıb. Silahlı PUA-ların sürətli çatdırılma müddətləri və uğurları Türkiyəni lider edib.

Hesabata görə, Türkiyə 2018-ci ildən bu yana dünya üzrə silahlı PUA satışlarının 65 faizini reallaşdırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ