Sizin reklam burada
Sizin reklam burada

Həkimdən xəbərdarlıq: “Son iki həftə ərzində yoluxanlar xəstəliyi daha ağır keçirir” - VİDEO

Həkimdən xəbərdarlıq: “Son iki həftə ərzində yoluxanlar xəstəliyi daha ağır keçirir” - VİDEO


“Son iki həftə ərzində yoluxanlar xəstəliyi daha ağır keçirir”.

Bunu “ARB 24”ün "Gündəm” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, son vaxtlar virusa yoluxan şəxslərdə xəstəliyin əlamətləri daha tez özünü büruzə verir:

“Digər həmkarlarımın və öz müşahidələrimə əsasən deyə bilərəm ki, hətta cavan insanlarda da xəstəliyin ikinci günündə ağırlaşma baş verib, temperatur yüksəlib, saturasiya düşüb. Həmçinin əvvəlki aylarda yoluxma tempi zəif idisə, indi bu, daha sürətli baş verir. Ola bilsin ki, xəstəliyin ağır keçirilməsinin səbəbi virusun mutasiyaya uğramasıdır.

Bundan başqa əvvəllər xəstələr müalicəyə qismən də olsa, tabe olurdusa, son günlər bu müşahidə edilmir. Yüksək temperaturu olan xəstələrə hərarətsalıcı preparatlar təsir etmir. Dərmanların bir müddət köməyi olsa da, qısa zaman sonra xəstələrdə yenidən temperaturun qalxmasını və ağırlaşmalar müşahidə olunur”.

İnfeksionist onu da qeyd edib ki, gündəlik yoluxma sayı artdıqca ölüm halları da artacaq.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ