Sizin reklam burada
Sizin reklam burada

Vətən müharibəsi şəhidinin universitet diplomu atasına verildi - FOTO

Vətən müharibəsi şəhidinin universitet diplomu atasına verildi - FOTO



Bu gün Bakı Slavyan Universitetində (BSU) Vətən müharibəsinin şəhidi, BSU-nun Tərcümə fakültəsinin məzunu Kənan Rüstəmlinin atası Yalçın Rüstəmli və şəhidin dayısı Elimxan Səlimovla görüş keçirilib.

Bu barədə BSU-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə BSU-nun prorektorları iştirak ediblər.

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov şəhid Kənan Rüstəmlinin diplomunu atasına təqdim edib. Professor Rafiq Novruzov bildirib ki, yaxın günlərdə şəhidin universitetin ictimai həyatında iştirak etdiyi tədbirlərin görüntülərindən ibarət videoçarx hazırlanacaq.

Qeyd edək ki, Kənan Rüstəmli BSU-nu 2020-ci ildə bitirib. Həqiqi hərbi xidmətə yollanan Kənan Rüstəmli Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə düşmənə qarşı igidliklə vuruşub.

Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ