Sizin reklam burada
Sizin reklam burada

Gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı - FOTO

Gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı - FOTO



Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazma kəndində yerləşən “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ