Sizin reklam burada
Sizin reklam burada

Azər Maqsudov: “Dəm qazından 18 nəfər zəhərlənib”

Azər Maqsudov: “Dəm qazından 18 nəfər zəhərlənib”


Mart ayının 19-dan bu günə qədər dəm qazından zəhərlənmə ilə bağlı 18 müraciət olub.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlərdən 12 nəfər stasionar müalicəyə götürülüb:

“Dəm qazından zəhərlənənlərdən iksinin vəziyyəti kəskin ağırdır. Bundan başqa kənd təsərrüfatında işlənən xlorofos, diklofos tərkibli dərmandan zəhərlənən bir nəfər qəbul edilib. Onun da vəziyyəti ağır olaraq qalıb.

Toksikologiya Şöbəsinə allergik reaksiya ilə 9 nəfər qəbul edilib. Dərman zəhərlənməsi ilə 11 nəfər müraciət edib onlardan ikisi azyaşlı olmaqla səkkiz nəfər qəbul edilib.

Sirkə turşusundan zəhərlənmə ilə isə üç nəfər müraciət edib, onlardan da ikisinin vəziyyəti ağırdır”.

Həkim onu da qeyd edib ki, sözügedən tarixlər ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilən xəstələr arasında ölüm halının qeydə alınmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ