Sizin reklam burada
Sizin reklam burada

Lənkəranda yük avtomobili yeniyetməni vurub qaçdı

Lənkəranda yük avtomobili yeniyetməni vurub qaçdı



Lənkəran şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hadisə Göyşaban dairəsi ərazisində qeydə alınıb.

Belə ki, Göyşaban kənd sakini, 2008-ci il təvəllüdlü Dadaşov Məhəmmədəli Anar oğlunu avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Piyadanı vuraraq köməksiz vəziyyətdə qalmasına səbəb olan avtomobilin “Qazel” markalı yük maşını olduğu deyilir.

Yaralı travmatik şok diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən sürücünün tapılması istiqamətində zəruri tədbirlər görülür.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ