Sizin reklam burada
Sizin reklam burada

Rektor Azərbaycan xalqını təbrik etdi

Rektor Azərbaycan xalqını təbrik etdi


Əziz xalqım, əziz tələbələrim! Hər birinizə Novruz bayramı münasibətilə səmimi arzularımı çatdıdmaq istəyirəm. Bu ilki təbriklər 30 illik nisgilli təbriklərimizdən fərqlənir.

Çünki arzusunda olduğumuz torpaqlar işğalçılardan azad olub, qürulru xalq kimi bayram edirik. Mən bir rektor kimi fəxr edirəm ki, mənim rəhbərlik etdiyim təhsil ocağının məzun və tələbələrinin də torpaqlarımızın azad olunmasında, qürurumuzun özümüzə qaytarılmasında rolu var. Bu fəxarəti bizə bəxş edərkən canını qurban verənlərə Allahdan rəhmət, qalanlara cansağlığı arzulayıram.

Bu Novruz onlarla dustaq ailəsində də xüsusi təmtəraqla qarşılanacaq. Çünki cənab Prezident humanistlik etdi. ƏVF fərmanı imzaladı.
Cənab Prezident ailə üzvləri ilə vaxtaşırı işğaldan azad olunmuş ərazilərimizə baş çəkir, quruculuq işləri ilə şəxsən maraqlanır. İnşallah, gələcəkdə bizim tələbələr üçün təcrübə ərazilərinin sayı artır.

Hər tərəf minalardan tam təmizləndikdən sonra aqrar sahə üçün çox münbit olan ərazilərimizin ziyarərinə gedib, lazım gələrsə, orda filialımızın açılmasını cənab Prezidentdən xahiş edəcəyik. Azərbaycan xalqı mərd xalqdı, dözümlü xalqdı.

Səbrlə torpaqlarının alınması üçün illərlə öz Ali Baş Komandanından əmr gözlədi və Vətən uğrunda mübarizəyə başlayıb yağı düşmənə yerini göstərdi. İrəlidə xalqımızı daha gözəl günlər gözləyir. Gözəl günlərə tez qovuşmaq diləyilə hər birinizin Novruz bayramı mübarək!


Professor İbrahim Cəfərov
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü,

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ