arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb

Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsinin qazisi İntiqam Əkbərovun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Qazimiz Zəngilan istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını və sağ qolunu itirib.
O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib.
Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.
İ.Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxs kimi bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş sosial təminat hüquqlarından, güzəşt və imtiyazlardan  da yararlana biləcək.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

  • Sosial şəbəkədə paylaş