Sizin reklam burada
Sizin reklam burada

İsmayıllıda azsaylı xalqların mədəniyyətinin təbliğinə həsr olunmuş tədbir keçirilib

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib

29 aprel 2022-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə etnik qrupların mədəniyyətinin təbliğinə həsr olunmuş “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib. Azsaylı xalqların mədəniyyətin, incəsənətinin tanıdılması və təbliğ edilməsi məqsədi ilə keçirilən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, RİH-in əməkdaşları, digər idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, ayrı-ayrı millətlərin, azsaylı xalqların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşadığı bir məkandır. Burada əsrlər boyu azsaylı xalqlar və etnik qruplar öz adət-ənənələrini, dillərini, dini baxışlarını, özünəməxsus həyat tərzlərini qoruyub saxlamışdır.
Ölkəmizdə multikulturalizm siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə isə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir.

Daha sonra tədbirdə müxtəlif etnik qruplara məxsus mətbəx nümunələri sərgilənib, “Lahıc”, “Hapıt”, “Ləzgi” Xalq, “İvanovka” folklor kollektivləri çıxış ediblər. Çıxış edən folkor kollektivləri mahnıları öz dilərində ifa ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ