Sizin reklam burada
Sizin reklam burada

Dağlıq Şirvan RTİ-nin 2 layihəsi “Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb

Dağlıq Şirvan RTİ-nin 2 layihəsi “Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
Dağlıq Şirvan RTİ-nin 2 layihəsi “Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 2 məktəbin 3 şagirdi tərəfindən hazırlanmış mühəndislik istiqamətli 2 innovativ layihə “Sabahın alimləri” XV Respublika müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmışdır.
Belə ki, İnternat tipli Şamaxı Avropa liseyinin şagirdləri tərəfindən hazırlanmış “HydroClean Energy (Çirklənmiş suların gücü)”, həmçinin İsmayıllı şəhəri Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin şagirdləri tərəfindən hazırlanmış “Inspection Robot” layihələri müsabiqənin final mərhələsində iştirak etmişdir.
Qeyd edək ki, “Sabahın alimləri” Respublika müsabiqəsi ölkəmizdə Society for Science təşkilatı tərəfindən keçirilir və Regeneron International Science and Engineering Fair (ISEF) beynəlxalq elm və mühəndislik sərgisi çərçivəsində təşkil olunur.
Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #SabahınAlimləriMüsabiqəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ