Martın 3-5 tarixlərində Elm və təhsil nazirliyinin dəstəyi ilə Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsi keçirilmişdir.
Müsabiqədə İnternat tipli Şamaxı Avropa Liseyinin 9-cu sinif şagirdi İsmayilzadə Mədinə Ağacan qızı mühəndislik kateqoriyası üzrə alternativ enerji ilə bağlı layihə təqdim etmişdir.
Şagirdimiz müsabiqədə yüksək nəticə göstərərək 2-ci yerə layiq görülmüş və gümüş medal ilə mükafatlandırılmışdır. Bu uğur münasibətilə şagirdimizi və onun elmi rəhbəri, liseyin riyaziyyat müəllimi İsmayılova Aygün Rusxat qızını təbrik edirik.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #SabahınAlimləri #Şagird #Qalib
