Ağdaş şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi,Mingəçevir şəhəri Ruslan Muradov adına texniki və humanitar fənlər liseyi və Yevlax şəhəri Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində ustad dərslər keçirilib.
Ustad dərslərin əsas məqsədi qabaqcıl pedaqoji təcrübənin paylaşılması, fənnlərin tədrisində müasir metod və yanaşmaların nümayiş etdirilməsi, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, həmçinin dərsin planlaşdırılması və mərhələlərinin praktik nümunələr əsasında müzakirəsidir.
Dərsin sonunda iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı təklif və rəylər səsləndirilib.
Qeyd edək ki, ustad dərslər Mərkəzi Aran Regional Təhsil İdarəsinin 2025/2026-cı tədris ili üzrə elan etdiyi fənn aylıqları çərçivəsində təşkil olunur və cari tədris ili ərzində bütün fənlər üzrə mütəmadi keçiriləcək.
#MərkəziAranRTİ #DərsDinləmə #ElmVəTəhsilNazirliyi
