Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İdman həftəsi” təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, komanda ruhunun möhkəmləndirilməsi və idmana marağın gücləndirilməsidir.
Həftə ərzində məktəblərdə müxtəlif idman yarışları, maarifləndirici görüşlər və sağlam həyat tərzinin təbliğinə həsr olunmuş tədbirlər keçirilib. Şagirdlər idmanla məşğul olmağın insan sağlamlığına müsbət təsiri, fiziki aktivliyin əhəmiyyəti və sağlam vərdişlərin formalaşdırılması barədə məlumatlandırılıblar.
#MərkəziAranRTİ #EduAz #MÜTDA #Məktəb #Şagird #İdman
