Abşeron-Xızı Regional Təhsil İdarəsi-nin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 39 nömrəli körpələr evi–uşaq bağçasında “Ana dilim – doğma dilim” adlı tədbir təşkil olunub.
Tədbir zamanı Azərbaycan uşaq ədəbiyyatının banisi sayılan Abdulla Şaiqin ana dilinə və uşaqlara həsr olunmuş şeirləri səsləndirilib, mahnılar ifa edilib. Uşaqlar tərbiyəçi-müəllimlərlə birlikdə Azərbaycan kinosunun incilərindən olan Sehrli xalat filmindən səhnələri və digər kompozisiyaları maraqlı şəkildə canlandırıblar.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı Günel Paşayeva, “Dil və ədəbiyyat” kafedrasının müdiri Böyükxanım Eminli, həmçinin bağçada təcrübə keçən Məktəbəqədər təhsil ixtisasının tələbələri iştirak ediblər.
Qeyd edək ki, bu cür tədbirlər uşaqlarda ana dilinə sevginin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği və onların erkən yaşlardan inkişafına dəstək baxımından xüsusi əhəmiyyət daşıyır.
