Fevralın 9-da 2024–2025-ci tədris ilində Məktəblilərarası fənn müsabiqəsi və Lütfi Zadə Məntiq Olimpiadasında qalib olmuş şagirdlərin mükafatlandırılma mərasimi keçirilmişdir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında təşkil olunan tədbirdə Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, idarənin əməkdaşları, müsabiqə və olimpiadalarda fərqlənmiş şagirdlər, eləcə də onların müəllimləri iştirak ediblər.
Tədbir zamanı çıxış edən sektor müdiri şagirdləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edərək, bu cür müsabiqə və olimpiadaların şagirdlərin bilik və məntiqi təfəkkürünün inkişafında mühüm rol oynadığını vurğulayıb, onlara gələcək müsabiqələrdə uğurlar arzulayıb.
Tədbirin sonunda qalib şagirdlərə diplomlar, medallar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 2024–2025-ci tədris ilində keçirilən Məktəblilərarası fənn müsabiqəsində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə şagirdlər ümumilikdə 4 qızıl, 2 gümüş və 11 bürünc medal qazanıblar. Lütfi Zadə Məntiq Olimpiadasında isə bir şagirdimiz II yerə layiq görülüb.
#MÜTDA #EduAz #MərkəziAranRTİ #Şagird #FənnMüsabiqəsi #LütfiZadə #Olimpiada #Təltif
