“Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsi çərçivəsində final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri İsmət Qayıbov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri və onların müəllimləri ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov və idarənin əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir.
Görüş zamanı şagirdlər iki innovativ layihə ilə çıxış ediblər:
???? “Coğrafi və İqlim Faktorları ilə Emosional Vəziyyətlərin Multimodal Analizi”
Bu layihə çərçivəsində süni intellekt (CNN və LSTM modelləri) əsaslı emosional vəziyyətlərin analiz, vizuallaşdırma və proqnozlaşdırma sistemi hazırlanıb.
???? “Neyron Şəbəkələrin Tibbi Diaqnostikada İmkanları”
Layihədə smartfonlar vasitəsilə neyron şəbəkə əsaslı sağlamlıq monitorinq texnologiyalarının akademik və texniki aspektləri araşdırılıb. Süni intellekt texnologiyası ilə bağlı bəzi tibbi vəziyyətlərin ilkin diaqnostikasına imkan verən model təqdim olunub.
Görüş çərçivəsində layihələrin hazırkı vəziyyəti, tətbiq perspektivləri və final mərhələsinə hazırlıq məsələləri müzakirə edilib. Şagirdlərin elmi potensialının inkişaf etdirilməsi və motivasiyasının artırılması istiqamətində tövsiyələr verilib.
Şagirdlərə final mərhələsində uğurlar arzulanıb.
#MərkəziAranRTİ #EduAz #MÜTDA #SabahınAlimləri
