Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VI siniflərində tədris dili və riyaziyyat fənləri üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilib. Qiymətləndirmədə ümumilikdə 14 449 şagird iştirak edib və onlardan 760 şagird imtahan prosesinə elektron formatda cəlb olunub.
Mərkəzləşmiş qaydada və vahid suallar əsasında təşkil olunan BSQ-lərin əsas məqsədi şagird nailiyyətlərinin dinamikasını izləmək, müvafiq standartlar üzrə bilik və bacarıqların formalaşma səviyyəsini ölçmək, eləcə də tədrisin keyfiyyətinin artırılması istiqamətində növbəti addımları müəyyən etməkdir.
