Sizin reklam burada
Sizin reklam burada

Göyçay rayonunda ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir

16 yanvar 2026-cı il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadovun, Tədrisin Keyfiyyəti sektorunun müdiri Anar Şəfiyevin, Göyçay rayonu üzrə təhsil sektorunun müdiri Rauf Məmmədovun və Regional Təhsil İdarəsinin müvafiq əməkdaşlarının iştirakı ilə Göyçay rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilmişdir.
Görüş zamanı ümumi təhsil müəssisələrində ötən dövür ərzində təlim nəticələrinin təhlili, əldə edilmiş göstəricilər, mövcud problemlər və onların aradan qaldırılması yolları, habelə qarşıda duran strateji məqsədlər müzakirə olunmuşdur. Eyni zamanda şagirdlərin fənn olimpiadaları və digər intellektual müsabiqələrdə iştirak səviyyəsi, nəticələrin yüksəldilməsi istiqamətində görülən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat təqdim edilmişdir.
Müzakirə olunan məsələlərə dair hazırlanmış analitik materiallar nümayiş etdirilmiş, iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda təlim keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və idarəetmədə nəticəyönümlü fəaliyyətin təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər müəyyən edilmişdir. Bu kimi işgüzar görüşlərin mütəmadi əsasda davam etdirilməsi və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.
#MərkəziAranRTİ #EduAz #ÜmumiTəhsil #Müəllim #Göyçay #Görüş

  • Sosial şəbəkədə paylaş