Sizin reklam burada
Sizin reklam burada

Bir qrup coğrafiya müəllimləri ilə görüş keçirilmişdir

06 yanvar 2026-cı il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin bir qrup coğrafiya müəllimi ilə görüş keçirilmişdir.
Görüşdə 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi qeyd olunan foruma dövlət səviyyəsində verilən önəmin bariz nümunəsidir.
Görüş iştirakçılarına Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə bağlı təqdimat materialı təqdim olunmuşdur.
Sözügedən təqdimat materialı hər bir müəllim tərəfindən həmin rayonun digər coğrafiya müəllimlərinə təqdim ediləcək, növbəti mərhələdə isə coğrafiya müəllimləri tərəfindən təqdimat şagirdlərə çatdırılacaqdır.
#MərkəziAranRTİ
#CoğrafiyaMüəllimləri
#QabaqcılMüəllimlər
#ÜmumdünyaŞəhərsalmaForumu
#WUF13
#ŞəhərsalmaVəMemarlıqİli
#Təhsildəİnkişaf
#TəhsildəMaarifləndirmə

  • Sosial şəbəkədə paylaş