Sizin reklam burada
Sizin reklam burada

Məktəb–valideyn əməkdaşlığı mövzusunda konfrans keçirilib

Növbəti valideyn konfransı 23 dekabr 2025-ci il tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Xızı şəhər M. Müşfiq adına Giləzi qəsəbə tam orta ümumtəhsil məktəbində keçirilib. Konfrans “Rəqəmsal təhlükəsizlik və valideyn məsuliyyəti” mövzularına həsr olunub.
Tədbirdə Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri Sənan Xəlilov, Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Zərifə Xanlarova, “Müasir İnternet Resursları İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynalov, məktəb direktorları, psixoloqlar və valideynlər iştirak ediblər.
Konfrans çərçivəsində uşaqların kiberzorakılığa məruz qalması, onlayn mühitdə mövcud risklər, valideyn nəzarətinin effektiv üsulları, valideyn–övlad münasibətlərində düzgün ünsiyyətin əhəmiyyəti, uşaqların bulinqdən qorunması eləcə də rəqəmsal təhlükəsizliyin ailədən başlanmasının vacibliyi mövzularında müzakirələr aparılıb.
Tədbirin sonunda valideynlərin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

  • Sosial şəbəkədə paylaş