“Keyfiyyət üzrə fəaliyyət planı”nın 2.11 və 3.4-cü bəndlərinə uyğun olaraq tabeliyimizdə olan ümumi təhsil müəssisələrində ustad dərslərinin keçirilməsinə başlanılıb.
Proqram çərçivəsində ilk ustad dərsi Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, metodist Azadə Abdinova tərəfindən təşkil olunub. Nümunəvi dərsdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və məktəbin müəllim kollektivi iştirak edib.
Dərsdən sonra tədris prosesinin metodiki təhlili aparılıb, qarşılıqlı fikir mübadiləsi həyata keçirilib və müəllimə əks-əlaqə verilib. Layihə çərçivəsində bu cür dərslərin davamlı təşkili və müəllimlər arasında qarşılıqlı öyrənmə mühitinin yaradılması nəzərdə tutulur.
???? Məqsəd:
Müasir tədris metodlarının tətbiqinin genişləndirilməsi
Müəllimlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi
Qarşılıqlı öyrənmə və refleksiya mədəniyyətinin formalaşdırılması
