Uşaqlar fiziki tərbiyə dərslərində də fəaldırlar
Xızı rayonunun Xələnc kəndində yerləşən modul tipli ümumtəhsil məktəbində keçirilən fiziki tərbiyə dərsindən görüntüləri təqdim edirik.
Müasir təhsil mühitində fiziki tərbiyə dərsləri yalnız sağlamlıq üçün deyil, həm də komanda işi, intizam və mübarizə ruhunun formalaşmasında mühüm rol oynayır.
Cəmi 15 şagirdi olan bu məktəbdə uşaqlar digər fənlər kimi fiziki tərbiyə dərslərinə də böyük həvəslə qatılır, enerjiləri və aktivlikləri ilə diqqət çəkirlər.
