Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşəbbüsü ilə idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX siniflərində buraxılış fənlərini tədris edən müəllimlər üçün peşəkar müəllimlər tərəfindən təlimlər təşkil edilib.
Təlimlər zamanı buraxılış imtahanı proqramı və ona uyğun olaraq hazırlanan nümunə suallar təqdim edilmiş, həmçinin şagirdlərlə iş strategiyaları, imtahana hazırlıq prosesində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparılmışdır.
Bu formada keçirilən təlimlərin məqsədi həm müəllimlərin peşəkar hazırlığını artırmaq, həm də şagirdlərimizin buraxılış imtahanlarında daha yüksək nəticə göstərməsinə dəstək olmaqdır.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #BuraxılışFənləri #Müəllim #Təlim
