Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici görüşlər təşkil olunub.
Tədbirlər zamanı şagirdlərə rəqəmsal mühitdə təhlükəsizlik, sosial şəbəkələrdə düzgün davranış, onlayn risklərin müəyyən edilməsi və zərərli məzmundan qorunma mexanizmləri barədə ətraflı məlumat verilib.
Bu görüşlərin əsas məqsədi məktəblilərin təhlükəsiz informasiya mühitində formalaşmasına şərait yaratmaq və onların rəqəmsal savadlılıq səviyyəsini yüksəltməkdir.
#MərkəziAranRTİ
#UşaqlarınQorunması #Zərərliİnformasiya
#İnternetTəhlükəsizliyi #EduAz
#MaarifləndiriciTədbir #Təhsil
