Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov dekabr ayının 9-da Kürdəmir şəhəri Rüstəm Quliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində vətəndaşları qəbul edəcək.
Vətəndaşlar qəbula aşağıdakı vasitələrlə yazıla bilərlər:
• Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin 146-0-3 nömrəsinə (yalnız iş günləri və iş saatları ərzində) zəng etməklə;
• Kürdəmir rayonu üzrə təhsil sektorunun inzibati binasına yaxınlaşmaqla;
• Rəsmi “WhatsApp” xidməti vasitəsilə (051-867-91-66) müraciət etməklə.
#MərkəziAranRTİ #VətəndaşlarınQəbulu
