Sumqayıt şəhər İstedad Liseyinin STEAM Mərkəzi bu il keçirilən STEAM Azərbaycan Festivalında (SAF-25) uğurlu çıxış edərək 9 nominasiya üzrə qalib olub. Komandalar festivalda ümumilikdə 1 qızıl, 4 gümüş, 2 bürünc medal və 1 jüri mükafatı qazanıblar.
Qalib komandaların tərkibində Sumqayıt şəhər İstedad liseyi ilə yanaşı, Sumqayıt şəhər 27 nömrəli, 15 nömrəli, 12 nömrəli, 1 nömrəli tam orta ümimtəhsil məktəblərinin, eləcə də Təfəkkür liseyinin şagirdləri əməkdaşlıq edərək çıxış ediblər. Bu əməkdaşlıq həm komanda işinin effektivliyini, həm də STEAM istiqamətində məktəblərarası birliyin uğurlu nəticələr verdiyini göstərir.
Bütün qaliblərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
