Fənn aylıqları çərçivəsində 4 noyabr 2025-ci il tarixində Kürdəmir rayonu Elşad Qurbanov adına Qarasu kənd tam orta ümumtəhsil məktəbində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yerli təhsil sektorlarının komandaları arasında şəhid müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş “Riyaziyyatı tarixə dəyişən qəhrəman!” adlı bilik yarışı təşkil olunmuşdur.
Hər bir yerli təhsil sektoru üzrə VII və VIII sinif şagirdlərindən ibarət 5 nəfərlik komandalar olmaqla, ümumilikdə 7 komanda yarışda iştirak etmişdir.
Yarış zamanı ümumilikdə 25 sual səsləndirilmişdir:
5 sual Konstitusiya və Suverenlik ilinə, 5 sual riyaziyyata, 5 sual Zəfər tarixinə, 5 sual dünyagörüşünə və 5 sual Qarabağın coğrafiyasına həsr olunmuşdur.
Yarışın yekun nəticələrinə əsasən:
???? Kürdəmir komandası I yerə,
???? Ucar komandası II yerə,
???? Zərdab komandası isə III yerə layiq görülmüşdür.
Sonda qalib komandalar Mərkəzi Aran Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və kubokla mükafatlandırılmışdır.
Fənn aylıqları çərçivəsində müxtəlif müsabiqə və yarışların təşkili davam etdiriləcəkdir.
#MərkəziAranRTİ #FənnAylıqları
