Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində hazırda vakant olan Çağırışaqədərki hazırlıq rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsi üzrə test imtahanı keçirilib.
Şəki şəhər 11 nömrəli tam orta məktəbdə mərkəzləşmiş qaydada və elektron formada təşkil olunan test imtahanında 62 nəfər namizəd iştirak edib. İmtahanda namizədlərə 40 test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.
Qeyd edək ki, hər bir vəzifə kateqoriyasında ən yüksək bal toplamış namizədlər mövcud vakansiyalar üzrə işə qəbul olunacaqlar.
#EduAz #ŞəkiZaqatalaRTİ #Müsabiqə
