Oktyabrın 1-dən 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 6027 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.
Bu qruplarda 5 yaşlı uşaqlara əsas tədris bacarıqlarının formalaşdırılması, məktəb mühitinə adaptasiya, sosial və emosional inkişafın dəstəklənməsi məqsədilə fəaliyyətlər həyata keçiriləcək.
Məktəbəhazırlıq proqramı çərçivəsində uşaqların erkən yaş dövründə öyrənmə marağı stimullaşdırılır, onların nitq, məntiq, motor bacarıqları və sosial davranış vərdişləri inkişaf etdirilir.
Məktəbəhazırlıq qruplarında təhsil alacaq bütün uşaqlara uğurlar arzulayırıq!
#MərkəziAranRTİ #MÜTDA #EduAz #Məktəbəhazırlıq #İlkDərs
