Vətəndaş məmnunluğunun inkişaf etdirilməsi məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 25 sentyabr tarixində vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul və şagird yerdəyişməsi, iş yerinə bərpa, həmçinin digər məsələlərlə bağlı olub.
İdarə müdiri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərə qanunvericiliyə uyğun formada baxılması və müəyyən addımlar atılması istiqamətində aidiyyəti struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.
İdarənin rəhbər şəxslərinin qəbuluna yazılmaq üçün vətəndaşlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin "146-01" Çağrı Mərkəzinə zəng edə bilərlər.
