Sizin reklam burada
Sizin reklam burada

Qax rayonunun bir sıra təhsil müəssisələrində ədəbi-bədii tədbirlər təşkil olunub

‎Avqustun 12-də Qax şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasında kukla teatrı və süjetli-rollu oyunlar, N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin şagirdlərinin iştirakı ilə Mürşüd İsmayılzadənin “Zəfəri Yaşayanlar, Yaşadanlar” kitabının müzakirəsi təşkil olunub.

‎Tədbirlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova da iştirak edib.
‎Əvvəlcə Qax şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllimlərin iştirakı ilə təşkil olunan “Bülbülün nağılı” əsasında hazırlanmış kukla teatrı və daha sonra uşaqların iştirakı ilə “Vətənə sevgi, təbiətə qayğı” mövzusunda səhnələşdirilmiş süjetli-rollu oyunlar, rəqs nömrələri nümayiş etdirildi. Qeyd edək ki, bu kimi tədbirlərdə əsas məqsəd məktəbəqədər təhsil müəssisələrində oyun əsaslı öyrənmənin təbliği və uşaqların didaktik və hərəkətli oyunlara marağını artırmaqdan ibarətdir.
Daha sonra N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin kitabxanasında şagirdlərinin iştirakı ilə Mürşüd İsmayılzadənin “Zəfəri Yaşayanlar, Yaşadanlar” kitabının müzakirəsi təşkil olunub.
Şagirdlər Vətən müharibəsi şəhidlərinin döyüş yolundan və qəhrəmanlıqlarından bəhs olunan bu əsərə dair fikirlərini maraqlı nümunələrlə ifadə etdilər. Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova Cavanşir Rəhimovun uşaqlıq illərindən, döyüş yolundan söz açaraq tədbirdə iştirak edən şagirdlərin timsalında gənc nəslə öz dəyərli nəsihətlərini verdi, onlara tarixi keçmişimizi, Zəfər tariximizi dərindən öyrənməyi tövsiyə edərək təhsil həyatlarında uğurlar arzuladı.
İnteraktiv şəkildə təşkil olunan tədbirlərdə təbiətə qayğı, vətənə sevgi, bədii ədəbiyyata maraq, mütaliə vərdişləri və gənc yaşlarda estetik zövqün formalaşdırılmasının əhəmiyyəti mövzusunda fikir mübadiləsi aparılıb. Bu kimi mütaliə saatlarının uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkilinə verdiyi töhfə qeyd edilib və onların davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
#EduAz #ŞəkiZaqatalaRTİ #Tədbir

  • Sosial şəbəkədə paylaş