Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri və Göygöl rayonu üzrə ümumi təhsil müəssisələrində loqoped və korreksiyaedici təlimçi vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Seçilmiş namizədlərin işə qəbul olunması bölgədə inklüziv təhsil sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına, xüsusi təhsil ehtiyacı olan şagirdlərə fərdi dəstəyin gücləndirilməsinə və təhsil müəssisələrində pedaqoji-psixoloji xidmətlərin təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim
