Sizin reklam burada
Sizin reklam burada

İdarə müdiri Şəkidə məktəblilərin iştirakı ilə təşkil olunan ədəbi-bədii tədbirlərdə iştirak edib

‎Avqustun 7-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Şəki şəhər 14 və 17 nömrəli məktəblərin şagirdlərinin birgə iştirakı ilə təşkil olunan tədbirlərdə olub.

‎İdarə müdiri Şəki şəhər 14 nömrəli ümumtəhsil məktəbinin şagirdləri ilə Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, 17 nömrəli məktəbin şagirdləri ilə Bəxtiyar Vahabzadənin “Atılmışlar” əsərinin müzakirəsində iştirak edib.
Əsərlərin ideya-məzmunu, ictimai-tarixi kontekstdə əhəmiyyəti və gənc nəslin formalaşmasında rolu barədə maraqlı fikir mübadiləsi aparılıb.
İdarə müdiri yay tətili müddətində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb, həmçinin şagirdlərin ədəbi-bədii əsərlərə yanaşma tərzini müsbət qiymətləndirərək, onların tənqidi təfəkkürünün inkişaf etdirilməsinin və mütaliə vərdişlərinin formalaşdırılmasının vacibliyini qeyd edib.
Müəllim və şagirdlərin bu kimi müzakirələrə daha fəal şəkildə cəlb olunmasının tədris prosesinin keyfiyyətinə müsbət təsir etdiyi vurğulanıb.
#EduAz #ŞəkiZaqatalaRTİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ