Sizin reklam burada
Sizin reklam burada

Tibb Universitetində təhsil haqqı niyə artırılıb?

Tibb Universitetində təhsil haqqı niyə artırılıb?


Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Bəs görəsən, artımın səbəbi nədir?

Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb:

"Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb".

Qeyd edək ki, artımın konkret səbəbi ilə bağlı sualımız cavabsız qalıb.

Xatırladaq ki, ATU-da təhsil haqlarının artırılması ilə bağlı ilk xəbər "Kaspi" qəzetində yayımlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ