Sizin reklam burada
Sizin reklam burada

İdarə müdiri Balakəndə bir sıra təhsil müəssisələrində olub

‎İyulun 31-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Balakən rayonuna səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində olub.

‎Səfər zamanı idarə müdiri əvvəlcə əsaslı təmirdən sonra istifadəyə verilən Manaf Umuxanov adına İtitala kənd körpələr evi–uşaq bağçasının açılış mərasimində iştirak edib. Çıxışında Günay Mahmudova bağçada yaradılan müasir və təhlükəsiz şəraitin uşaqların inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

‎Daha sonra Qaravəli kənd körpələr evi–uşaq bağçası və İtitala kənd Aslan Balayev adına tam orta məktəbdə olub, pedaqoji kollektivlə görüşlər keçirib. Görüşlər zamanı təhsilin keyfiyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və rəyləri dinlənilib, idarə müdiri tərəfindən müvafiq tövsiyələr verilib.

‎Səfər çərçivəsində Günay Mahmudova Balakən şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə keçirilən Konstantin Paustovskinin “Teleqram” əsərinin müzakirəsində də iştirak edib. Şagirdlərlə interaktiv şəkildə keçirilən tədbirdə idarə müdiri mütaliənin şagirdlərin dünyagörüşünün formalaşmasında əhəmiyyətini qeyd edib və bu kimi tədbirlərin təhsil prosesinə müsbət təsir göstərdiyini vurğulayıb.

#EduAz #ŞəkiZaqatalaRTİ #Səfər

  • Sosial şəbəkədə paylaş